All for Joomla All for Webmasters
enruaz
enruaz
*9000
AİLƏVİ
GÜVƏNLİ

*9000 Çağrı Mərkəzinə edilən zənglər peşəkar operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında tam dolğun informasiya çatdırılır. Bu da vaxt itkisinə yol vermədən, operativ sürətdə müştərilərin sifarişlərini icra etməyə və onlara keyfiyyətli xidmət göstərməyə imkan yaradır. Nəticədə müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilir.

Sifarişlər avtomatik olaraq məlumat bazasına daxil edilir və sistemdə yadda saxlanılır. Təkrar müraciətlər zamanı sifarişin qəbul vaxtı əhəmiyyətli dərəcədə qısalır. Sifariş edilən məkanlar sistem tərəfindən xəritədə qeyd edilir və məsafədən asılı olaraq gediş haqqı hesablanılır. Bununla da sifarişçi öncədən gediləcək məsafəyə görə ödəyəcəyi məbləğ barədə məlumat əldə edir.