All for Joomla All for Webmasters
enruaz
enruaz
*9000
AİLƏVİ
GÜVƏNLİ

 

 

“White Taxi” MMC geniş taksi parkı və avtomobil təmir mərkəzi olan, 2017-ci ilin xxxx ayından Bakı şəhərində “London Taxi TX4” avtomobilləri ilə fəaliyyət göstərən taksi xidmətidir.

“White Taxi” taksi xidmətinin Çağrı Mərkəzi də fəaliyyət göstərir. Stasionar və mobil nömrələrdən *9000 nömrəsinə zəng etməklə taksi sifariş verə bilərsiniz.

Məqsədimiz 100-dən artıq müasir və komfortlu “London Taxi TX4” taksilərimizlə şəhər sakinləri və qonaqların rahatlığını təmin etmək məqsədilə yüksək keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdir.

London Cab 

“London Taxi TX4” modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avtomobildir. Bu avtomobillər “Avro-4” standartlarına cavab verir, 2500 kubsantimetr həcmində dizel mühərriki ilə, 5 pilləli mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunub. Şəhər daxilində yüksək manevr etmək imkanlarına malikdir.

Avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf şüşə ilə ayrılması sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edir. Arxa hissədə nəzərdə tutulmuş üzbəüz 5 oturacaq sərnişinlərə gediş zamanı rahat söhbət etməyə şərait yaradır. Avtomobil sərnişinlərə onlara aid olan hissədən avtomobildə quraşdırılmış hər iki kondisionerlərdən birini idarə etməyə, sürücü ilə danışığı asanlaşdıran sistemdən istifadə etməyə və salonun işığını yandırıb-söndürməyə imkan verir. Buradan sərnişinlər avtomatik şüşə qaldırıcılardan da istifadə edə bilərlər.

Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Həmin pandus əlil və uşaq arabasının salona rahat girməsi və oturacaqlardan birinin çölə çıxıb, əlil sərnişin əyləşdikdən sonra salonun içərisinə qayıtma imkanından istifadəsinə də imkan yaradır. Taksilərdə sayğac quraşdırılıb. Sərnişin sayğacın göstəricisinə görə sürücü ilə hesablaşır, bununla da sərnişinlə sürücü arasında narazılıqlar aradan qaldırılır.

Bu avtomobillər Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 6 dekabr tarixli əmri ilə təsdiq edilmiş “Sərnişin stansiya qurğuları və avtomobilləri” AZS 425-2010 dövlət standartının tələblərinə tam cavab verir.